...

Hindistan Marsa kosmik gəmi yollayıb

Maraqlı Materials 5 Noyabr 2013 15:10 (UTC +04:00)
Hindistan ölkənin cənubundakı Şriharikotadakı "Satish Dhawan" Kosmos Mərkəzindən Marsa gedəcək insansız kosmos gəmini buraxıb.
Hindistan Marsa kosmik gəmi yollayıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Hindistan ölkənin cənubundakı Şriharikotadakı "Satish Dhawan" Kosmos Mərkəzindən Marsa gedəcək insansız kosmos gəmini buraxıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Hindistanın Kosmos Araşdırmaları Təşkilatı kosmik gəminin Marsın orbitinə 2014-cü ilin sentyabrında çatacağını açıqlayıb.

Urdu dilində "Mars gəmisi" mənasını verən "Mangalyaan" Hindistana 73 milyon dollara başa gəlib.

"Mangalyaan"ın kosmosdakı atmosfer qazlarının itkin nisbətinin araşdırılması məqsədi ilə də istifadə ediləcəyi qeyd edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti