...

"Facebook" yeni sayt hazırlayır

Maraqlı Materials 17 Noyabr 2014 12:27 (UTC +04:00)
“Facebook” şirkəti həmkarlar arasında ünsiyyət üçün "Facebook at Work" ("İşdə Facebook") adlI yeni sayt yaradır. Trend xəbər verir ki, bu barədə RİA Novosti “Financial Times” qəzetinə istinadən məlumat yayıb.
"Facebook" yeni sayt hazırlayır

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

"Facebook" şirkəti həmkarlar arasında ünsiyyət üçün "Facebook at Work" ("İşdə Facebook") adlI yeni sayt yaradır. Trend xəbər verir ki, bu barədə RİA Novosti "Financial Times" qəzetinə istinadən məlumat yayıb.

Yeni layihəyə yaxın olan mənbənin məlumatınada deyilir ki, yeni məhsul işgüzar ünsiyyət üçün nəzərdə tutulub, onun məqsədli auditoriyası isə ofis işçiləridir. Yeni sosial şəbəkənin "LinkedIn" və "Google Docs"un rəqibi olacağı gözlənilir.

Qəzet yazır: "İstifadəçilər "Facebook"-da öz şəxsi səhifələrində "məzuniyyət şəkilləri, siyasət haqqında fikirlər və axmaq video"ları ümumi şəkildə nümayiş etdirməkdən fərqli olaraq, burada işçi sənədləri müzakirə edə, ünsiyyət yarada, mühüm əlaqələr qura biləcəklər. Məlum olub ki, yeni "Facebook" xidməti orijinal sosial şəbəkəyə bənzəyəcək: orada xəbərlər lenti və təmas qrupları olacaq".

Qeyd edək ki, "Facebook"un rəhbəri Mark Tsukerberq saytı yalnız Harvard Universitetinin tələbələri üçün ünsiyyət məqsədilə yaratmışdı. Lakin tezliklə onun üstünlüklərinin əvvəlcə ABŞ-ın digər ali məktəblərinin, daha sonralar isə bütün dünyadan olan tələbələr hiss etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti