...

Dünyada ilk hidrogen mühərrikli avtomobil Yaponiyada satışa çıxarılır

Maraqlı Materials 18 Noyabr 2014 10:30 (UTC +04:00)
Yaponiyanın Toyota şirkətinin istehsal etdiyi dünyada ilk hidrogen mühərrikli avtomobil olan sedan Mirai ("Gələcək") dekabrın 15-də bu ölkədə satışa çıxarılacaq.
Dünyada ilk hidrogen mühərrikli avtomobil Yaponiyada satışa çıxarılır

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Yaponiyanın Toyota şirkətinin istehsal etdiyi dünyada ilk hidrogen mühərrikli avtomobil olan sedan Mirai ("Gələcək") dekabrın 15-də bu ölkədə satışa çıxarılacaq. Avtomobilin dəyəri 62 min dollara yaxın olacaq. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

"Nikkey simbun" qəzetinin məlumatına görə, bu maşını artıq gələn ilin yayında almaq mümkün olacaq.

Toyota şirkəti ilin sonuna kimi 400-ə yaxın "Mirai" satacağına ümid edir, o cümlədən bunun hesabına ölkə hökuməti maşının hər bir alıcısına 17 min dollar həcmində subsidiya verməyi vəd edib.

Şirkətin məlumatına görə, mühərrikin işinin yeganə məhsulu sudur. Ona görə də atmosferə heç bir zərərli maddə atılmır. Avtomobilin su yanacağının çəni (3 dəqiqə ərzində tam dolur) təxminən 650 kilometr yol üçün kifayət edir, bir kilometr üçün yanacağın dəyəri təxminən 10 iyen (0,09 dollar) təşkil etməlidir.

Gələn ildən Yaponiyanın digər şirkəti "Honda" da analoji avtomobil buraxmağı planlaşdırır. Onun da "Mirai" ilə eyni qiymətdə olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti