...

Bəhreyn Kralı da "selfi" çəkdirdi

Maraqlı Materials 20 Noyabr 2014 16:11 (UTC +04:00)
Sosial şəbəkələrdə Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin ilk "selfi" fotoları yayılıb ki, bu da regionda əsl sensasiyaya çevrilib.
Bəhreyn Kralı da "selfi" çəkdirdi

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Sosial şəbəkələrdə Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin ilk "selfi" fotoları yayılıb ki, bu da regionda əsl sensasiyaya çevrilib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Şəkilləri internetə Krallığın taekvondo yığmasının üzvləri yerləşdiriblər. Monarx onları beynəlxalq yarışda uğurla çıxış etdiklərinə görə təbrik etmək üçün sarayında qəbul edib.

Gənc idmançılar kralla birlikdə çoxlu sayda avtoportret çəkərək onları müxtəlif sosial şəbəkələrdə yelrəşdiriblər.

İnsanların öz fotoşəkillərini çəkdikləri "selfi" son zamanlar bütün dünyada, eləcə də Fars körfəzi ölkələrində çox populyardır. Lakin mühafizəkar ərəb monarxiyalarının başçıları və siyasətçiləri belə fotosessiyalarda iştirak etmirlər. Ona görə də Bəhreyn Kralının "selfi"si böyük ictimai rezonansa səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti