...

Everestdə də Wi-Fi var

Maraqlı Materials 24 Noyabr 2014 17:05 (UTC +04:00)
Müasir texnologiyalar yavaş-yavaş dünyanın ən əlçatmaz yerlərinə də gəlib çıxır.
Everestdə də Wi-Fi var

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Müasir texnologiyalar yavaş-yavaş dünyanın ən əlçatmaz yerlərinə də gəlib çıxır.

Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, ötən həftə Everest dağının əsas düşərgəsində (Nepal tərəfdən) simsiz Wi-Fi xidməti istifadəyə verilib. Bunun vasitəsilə artıq düşərgəyə aid olan bütün ərazidə internet şəbəkəsinə giriş daha asan olacaq.

Bu xidmət Nepal hökumətinin Kxumbu vadisi bölgəsini müasir texnologiyalarla təmin etmə proqramının bir hissəsidir.

"Everest Link" şirkətinin müdiri Buddhi Tamanq bildirib: "Alpinistlərin və digər adamların internetə giriş proseslərini daha da asanlaşdırmağa çalışırıq. Bu onlara dünya ilə daima təmasda olmağa imkan verəcək. Bu proqram sayəsində Kxumbu dağ bölgəsinə gələn və ya burada yaşayan hər bir kəs dünya ilə daha ucuz ünsiyyətə girə bilər. Əvvəllər onlar yalnız bahalı peyk rabitəsi vasitəsilə ünsiyyət saxlayırdılar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti