...

Marixuananın bayram satışına başlandı

Maraqlı Materials 25 Noyabr 2014 13:00 (UTC +04:00)
Şükranlıq günü ərəfəsində Amerikanın Kolorado ştatında marixuananın alışı üzrə endirimlər başlayıb. Bu barədə Trend Lenta.ru-ya istinadən xəbər verir.
Marixuananın bayram satışına başlandı

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Şükranlıq günü ərəfəsində Amerikanın Kolorado ştatında marixuananın alışı üzrə endirimlər başlayıb. Bu barədə Trend Lenta.ru-ya istinadən xəbər verir.

Satıcılar narkotik alıcıları üçün bayram aksiyaları və xüsusi təkliflər düşünüblər.

Marixuananın satışı üzrə lisenziyaya malik olan mağazalar öz mallarına aşağı qiymət təyin ediblər: bir unsiyanı (28,5 qram) 50 dollara almaq mümkündür. Bu, bir coyntun (narkotikli siqaret) qiymətini bir dollaradək aşağı salır. Təklif bayram günləri, yəni cümə, şənbə və bazar günləri aktual olacaq.

Qeyd edək ki, Şükranlıq günü noyabrın 29-da qeyd edilir.

Mağazaların əksəriyyəti satdıqları mala hədiyyələr də əlavə edir, habelə hədiyyə dəstləri hazırlayırlar.

Satıcılar öz mallarını fəal şəkildə reklam edir və yerli KİV-dən və sosial şəbəkələrdən istifadə etməklə endirimlər haqqında məlumat yayırlar.

ABŞ-da ilk dəfə çətənənin tibbi məqsədlər üçün yetişdirilməsi və istifadə edilməsinə 1996-cı ildə Kaliforniyada icazə verilib. Sonralar daha 13 ştat belə hüquq əldə edib. Kolorado Amerikanın marixuananın qeyri-tibbi məqsədlər üçün yetişdirilməsi, satışı və istifadəsinin mümkün olduğu ikinci (birinci Vaşinqton olub) ştatıdır. 2014-cü il yanvarın 1-dən Kolorado üzrə cəmi 30 mağazada çətənə geniş satışa çıxarılıb, onu 21 yaşından yuxarı istənilən şəxs ala bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti