...

Araq ABŞ-da yol hərəkətinin təhlükəsizliyini təmin edəcək

Maraqlı Materials 27 Noyabr 2014 20:39 (UTC +04:00)
Amerikalı alimlər yolların buz bağlamasına qarşı mübarizə aparmaq üçün arpadan alınan araqdan istifadə etməyi təklif ediblər.
Araq ABŞ-da yol hərəkətinin təhlükəsizliyini təmin edəcək

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Amerikalı alimlər yolların buz bağlamasına qarşı mübarizə aparmaq üçün arpadan alınan araqdan istifadə etməyi təklif ediblər. Trend-in məlumatına görə, Vaşinqton ştatındakı universitetin alimlərinin innovasiyası haqqında "Time" qəzeti xəbər verir.

Mütəxəssislərin araşdırmaları göstərib ki, arpa sırsıraya qarşı mübarizədə duzu tamamilə əvəz edə bilər. Bundan başqa, alimlər çuğundur və pomidor şirələrinin qarışığından da istifadə etməyi təklif edirlər.

Alimlərin fikrincə, sırsıra ilə mübarizədə duzdan istifadə vəziyyəti daha da pisləşdirir. Bu, ekologiya və nəqliyyat vasitələri üçün də təhlükəsiz deyil.

Universitetin dosenti Syamin Şi bildirir ki, 2013-cü ildə şərq sahilyanı ərazilərdə yeraltı sularda natrium və xloridin səviyyəsi qorxulu səviyyədə artıb.

Qeyd edək ki, hər il qış aylarında ABŞ hökuməti şoselərin səthindən qarın və buzun təmizlənməsi üçün təqribən 2,3 milyard dollar, əlaqədar proseslərə isə 5 milyard dollara qədər vəsait xərcləyir. Sonuncu vəsaitə, o cümlədən, üzərinə duz töküldükdən sonra sıradan çıxan yol örtüyünün bərpası işləri də daxildir.

S.Şi deyib: "Bizim son hədəfimiz lazımi yerdə və lazımi vaxtda duz, qum və buzlanmaya qarşı digər vasitələrin lazımi miqdarından istifadə etməkdir. Belə ki, ölkənin şimal ştatlarında qıtlıq səbəbindən yol duzunun qiyməti 30 faizədək artıb".

Alim öz tədqiqatlarını ABŞ Nəqliyyat Nazirliyinin, Vaşinqton Dövlət Universitetinin, Alyaska Universitetinin və Montana Dövlət Universitetinin dəstəyi ilə həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti