...

Kofein insanı Alzheimer xəstəliyindən qoruyur

Maraqlı Materials 28 Noyabr 2014 12:08 (UTC +04:00)
Qəhvədən lazımi həcmdə istifadə Alzheimer xəstəliyinə tutulma riskini 20 faiz azalda bilər.
Kofein insanı Alzheimer xəstəliyindən qoruyur

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Qəhvədən lazımi həcmdə istifadə Alzheimer xəstəliyinə tutulma riskini 20 faiz azalda bilər. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə "Alzhemier-2014" Avropa elmi simpoziumunda bildirilib.

Alimlərin 4 il ərzində apardıqlar araşdırma nəticəsində məlum olub ki, gündə 3-5 fincan qəhvə içmək orqanizmi Alzheimer xəstəliyindən qoruya bilər. Bu ağır xəstəliyə orta hesabla yaşı 65-dən yuxarı olan iyirmi nəfərdən biri yoluxur. Avropada yaxın illər ərzində yaşı 65-dən yuxarı şəxslərin sayı 15,4 faizdən 22,4 faizədək artacaq və avropalılar üçün Alzheimer xəstəliyi ciddi problem olacaq.

Alimlər qeyd edirlər ki, düzgün qidalanma insanın qavrayış funksiyalarının qorunub saxlanmasında mühüm rol oynayır. Ağıl kəmliyinin meydana çıxması riskini azaldan düzgün qidalanma variantlarından biri balıq, təzə meyvə və tərəvəz, zeytun yağı və qırmız şərabdan ibarət Aralıq dənizi pəhrizidir. Alimlər qeyd edirlər ki, Aralıq dənizi pəhrizində olan faydalı birləşmələr, yəni polifenollar qəhvədə də var.

İçkinin tərkibindəki kofein Alzheimer xəstəliyinin iki əlaməti, yəni amiloid piləklərin və beyində neyrofibrilyar yumaqların yaranmasının qarşısını almağa kömək edir. Buna əlavə olaraq, kofein kimi polifenol da iltihabı və xüsusilə beyin qabığında beyin hüceyrələrinin köhnəlməsini azaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti