...

Türkiyə bəzi ayaqqabıların ölkəyə gətirilməsinə qadağa qoyub (FOTO)

Maraqlı Materials 28 Noyabr 2014 11:48 (UTC +04:00)
Türkiyə Gömrük və Ticarət Nazirliyi bəzi ayaqqabıların ölkəyə gətirilməsinə qadağa qoyub
Türkiyə bəzi ayaqqabıların ölkəyə gətirilməsinə qadağa qoyub (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Gömrük və Ticarət Nazirliyi bəzi ayaqqabıların ölkəyə gətirilməsinə qadağa qoyub. Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verib.

Məlumata əsasən, adı göstərilməyən şirkətlər tərəfindən istehsal edilən ayaqqabıların idxalına qadağa qoyulmasına səbəb bu ayaqqabıların istehsal edildiyi parça və dəri məmulatlarında kanserogen maddələrin aşkarlanması olub.

Agentliyin məlumatında o da qeyd olunur ki, Gömrük və Ticarət Nazirliyi vətəndaşları istehsalçı şirkətlərin adları olmayan ayaqqabıları almamağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti