...

Siz "25 O" avtomobil nömrə nişanına nə qədər pul verərdiniz?

Maraqlı Materials 28 Noyabr 2014 15:41 (UTC +04:00)
Böyük Britaniya sakini hərracda avtomobil nömrə nişanına külli miqdarda pul verib.
Siz "25 O" avtomobil nömrə nişanına nə qədər pul verərdiniz?

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Böyük Britaniya sakini hərracda avtomobil nömrə nişanına külli miqdarda pul verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Con Kollins 813 min dollara "25 O" avtomobil nömrə nişanına sahib olub.

C.Kollinsin özü "Ferrari" avtomobillərinin satıcısıdır. O, BBC-yə deyib ki, bu nömrəni almaqda qətiyyətli olub.

Britaniyanın nömrə nişanlarında regionun kodu, xidmət müddətinin identifikatoru və 3 işarədən ibarət ixtiyari ardıcıllıq göstərilir. C.Kollins "25 O" nömrə nişanını 130 funta "250 L" nömrə nişanını aldıqdan 3 saat sonra əldə edib.

O bildirib ki, nömrəyə 1 milyon funt da ödəyə bilərdi. Qeyd edək ki, avtomobil nömrə nişanına görə rekord qiyməti BƏƏ sakini ödəyib. Belə ki, əbu-dabili Səid Huri 2008-ci ildə "1" nömrə nişanına 14 milyon dollar ödəmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti