...

Bakı həbsxanasında "Qeyri-adi məhkəmə" (FOTO)

Maraqlı Materials 11 Dekabr 2014 17:37 (UTC +04:00)
Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində maarifləndirici tamaşa göstərilib.
Bakı həbsxanasında "Qeyri-adi məhkəmə" (FOTO)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İlkin İzzət/

Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində maarifləndirici tamaşa göstərilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabrın 11-də Qlobal Fondun 9-cu Raund İİV/QİÇS Layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin təşkilatçılığı ilə Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltan və yaradıcı kollektivi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar qarşısında "Qeyri-adi məhkəmə" adlı maarifləndirici tamaşa ilə çıxış ediblər.

Tamaşa məhkumlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti