...

Britaniyalı qız itləri üçün hədiyyələrə 3 min dollar xərcləyib

Maraqlı Materials 15 Dekabr 2014 14:44 (UTC +04:00)
Böyük Britaniya sakini Stefani Mariam iki itinə Milad hədiyyələri almaq üçün iki min funt (üç min dollara yaxın) pul xərcləyib.
Britaniyalı qız itləri üçün hədiyyələrə 3 min dollar xərcləyib

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Böyük Britaniya sakini Stefani Mariam iki itinə Milad hədiyyələri almaq üçün iki min funt (üç min dollara yaxın) pul xərcləyib. Trend xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

O, Harvi Mun və Konnu ləqəbli şpis cinsindən olan itlərə "Svarovski" daşları ilə bəzədilmiş xalta, iki gözəl çarpayı, eləcə də geyim, oyuncaqlar və başqa aksessuarlar alıb.

Mariam itlərin Milad bayramını çox sevdiklərini bildirib: "Biz öz şpislərimizə məhz nə istədiklərini veririk. Sevgi, qucaq, yemək və əlbəttə, bir qədər də dəbli əşyalar".

Heyvanların sahibəsinin sözlərinə görə, o, özünə çox az pul xərcləyir.

Məlumatda deyilir ki, bu il qız öz itləri üçün təşkil etdiyi gecəyə 16 min dollara yaxın pul xərcləyib.

Stefani Mariam öz valideynləri ilə birlikdə yaşayır. Onlar 21 yaşlı övladlarının əyləncəsini dəstəkləyirlər. Mariam rəqs təlimatçısı işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti