...

Mərakeşdə Afrika qitəsinin ən yüksək göydələni tikiləcək

Maraqlı Materials 16 Dekabr 2014 13:00 (UTC +04:00)
Dubayın inkişaf şirkəti Mərakeşdə 540 metr yüksəklikdə göydələn tikməklə bağlı planlarını açıqlayıb. Bu, Afrika qitəsində ən yüksək bina olacaq.
Mərakeşdə Afrika qitəsinin ən yüksək göydələni tikiləcək

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Dubayın inkişaf şirkəti Mərakeşdə 540 metr yüksəklikdə göydələn tikməklə bağlı planlarını açıqlayıb. Bu, Afrika qitəsində ən yüksək bina olacaq. Trend xəbər verir ki, bu barədə RİA Novosti əmirliyin "Arabian Business" nəşrinə istinadən məlumat yayıb.

Hazırda Afrikada ən yüksək bina CAR-da yerləşir. 223 metrlik "Carlton Centre" Yohannesburqdadır. Yeni göydələnin Mərakeşin ən iri şəhəri olan Kasablankada yerləşəcəyi ehtimal olunur.

Layihənin meneceri Amede Santolo bildirib: "Biz ona görə Mərakeşi seçdik ki, o, Afrikaya və Avropaya qapıdır, eləcə də müasir və siyasi cəhətdən sabit ölkədir".

Layihənin ilkin adı "Al-Noor Tower"-dir. Ərəb dilindən tərcümədə "Nur Qülləsi" deməkdir. Lakin nəşr yazır ki, sonda göydələnin adının dəyişdirilərək ona Mərakeşin hazırkı hakiminin şərəfinə Kral VI Məhəmmədin adı veriləcək.

Layihənin müəllifi Səudiyyə Ərəbistanından olan iş adamı şeyx Tarek ben Ladenə məxsus şirkətdir. Göydələnin təxmini dəyəri bir milyard dollardır. Вinada yeddi ulduzlu mehmanxana, iş və ticarət mərkəzləri yerləşəcək.

Tikinti işlərinə gələn ilin iyununda başlanacaq və üç il sonra, 2018-ci ilin iyununda başa çatacaq. Layihənin rəsmi saytında deyilir ki, göydələndəki 114 mərtəbə Qurandakı surələrin sayı ilə eynidir, onu hündürlüyü isə Afrika qitəsində yerləşən 54 ölkəni xatrıladır.

Hazırda dünyadakı ən yüksək tikili Dubayda yerləşir. "Burj Khalifa" göydələninin hündürlüyü 830 metrdir. Lakin tezliklə bu ada Səudiyyə Ərəbistanında tikintisinə başlanılan və bir kilometrdən artıq hündürlüyü olan "Kingdom Tower" göydələninin sahib çıxacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti