...

Kök müştərilərə endirim təklif edən restoran

Maraqlı Materials 16 Dekabr 2014 20:03 (UTC +04:00)
Çinin Çuntsin şəhərindəki restoranlardan biri öz müştərilərinə endirim təklif edib.
Kök müştərilərə endirim təklif edən restoran

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Çinin Çuntsin şəhərindəki restoranlardan biri öz müştərilərinə endirim təklif edib. Endirimin dəyəri müştərilərin çəkisinə əsaslanaraq hesablanır. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.

İaşə müəssisəsində kişilər üçün endirimlər onların çəkisinə uyğun olaraq artır. Qadınlar isə maksimum endirim əldə etmək üçün əksinə, mümkün qədər az çəkiyə malik olmalıdırlar.

Restoran çəkisi 140 kiloqramı ötən kişilərə pulsuz yemək verəcəyini vəd edib. Eyni təklif çəkisi 34,5 kiloqramdan aşağı olan qadınlara da edilir.

Bundan əvvəl Şanxayda yerləşən digər bir restoran oxşar aksiyada iştirak etməyi təklif etmişdi. Endirimlərin dəyəri müştərilərin boylarına görə hesablanırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti