...

Keşiş kilsədə mobil telefonlara qarşı səsboğucu quraşdırdı

Maraqlı Materials 17 Dekabr 2014 20:45 (UTC +04:00)
İtaliyanın Neapol şəhərindəki kilsələrdən birində mobil telefon zənglərinin səsini azaltmaq üçün qurğu quraşdırılıb.
Keşiş kilsədə mobil telefonlara qarşı səsboğucu quraşdırdı

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

İtaliyanın Neapol şəhərindəki kilsələrdən birində mobil telefon zənglərinin səsini azaltmaq üçün qurğu quraşdırılıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu yerli keşiş Mikele Madonna edib.

O, kilsəyə gələnlərin mobil telefondan istifadə etmələrindən təngə gələrək bu addımı atıb.

Keşişin sözlərinə görə, son zamanlar kilsəyə gələnlər hətta dəfn mərasimində telefonla danışmağa başlayıblar.

M.Madonna səsboğucunu yerli mağazadan alıb və polisə belə avadanlığın quraşdırılmasının qanuni olduğunu izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti