...

10 dəqiqəlik aviareys

Maraqlı Materials 9 Yanvar 2015 19:09 (UTC +04:00)
Avstriyanın "FlyNiki" aviaşirkəti 10 dəqiqəlik aviareys açır.
10 dəqiqəlik aviareys

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Məftun Salmanov/

Avstriyanın "FlyNiki" aviaşirkəti 10 dəqiqəlik aviareys açır.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, yeni reys Vyana-Bratislava marşrutu üzrə hərəkət edəcək.

Bu marşrut üzrə ilk uçuşun aprelin 2-də həyata keçirilməsi planlaşdırılır. Biletləri şirkətin saytından 29 avroya əldə etmək mümkün olacaq.

Qeyd edək ki, Avstriya və Slovakiya paytaxtları arasında məsafə təqribən 80 kilometrdir. Dünyada ən qısa aviareysin müddəti təqribən 47 saniyədir. Bu avirayes Böyük Britaniyanın şimalında Vestrey və Papa Vestrey adalarını birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti