...

Yəməndə bunu 18 yaşınadək edə bilməzlər

Maraqlı Materials 23 Yanvar 2015 14:11 (UTC +04:00)
Yəməndə nikaha girmək üçün minimum yaş həddi müəyyənləşdirilib.
Yəməndə bunu 18 yaşınadək edə bilməzlər

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/

Yəməndə nikaha girmək üçün minimum yaş həddi müəyyənləşdirilib. Trend-in cümə günü xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, 18 yaşına çatmayan oğlan və qızlar ailə həyatı qura bilməzlər.

Bu addımın ölkədə erkən nikahların qarşısının alınması üçün atıldığı bildirilir. Lakin qanunun əleyhinə çıxanlar da var.

"Human Rights Watch" təşkilatının məlumatına əsasən, Yəməndə orta hesabla qızların 52 faizi yetkinlik yaşına çatmadan ərə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti