...

Twitter-dən tərcümə xidməti

Maraqlı Materials 23 Yanvar 2015 20:40 (UTC +04:00)
"Twitter" sosial şəbəkəsi "Bing" tərcümə bazasında tvitlərin tərcüməsi funksiyasını işə salıb.
Twitter-dən tərcümə xidməti

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Twitter" sosial şəbəkəsi "Bing" tərcümə bazasında tvitlərin tərcüməsi funksiyasını işə salıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu funksiya ilk dəfə 2013-cü ildə sınaqdan keçirilsə də, rəsmi olaraq indi işə salınır.

Tvitlərin tərcüməsi "twitter"in veb versiyasında, iOS və Android üçün əlavələrdə, həmçinin "TweetDeck" servisində mümkündür.

Xidmət 40 dil üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti