...

Əkizlərdən birini rəfiqəsinə verdi, həbsə düşdü

Maraqlı Materials 26 Yanvar 2015 19:01 (UTC +04:00)
Rusiya Federasiyasının Udmurtiya Respublikasında əkiz uşaq doğan ana körpələrdən birini rəfiqəsinə verib.
Əkizlərdən birini rəfiqəsinə verdi, həbsə düşdü

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Rusiya Federasiyasının Udmurtiya Respublikasında əkiz uşaq doğan ana körpələrdən birini rəfiqəsinə verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, qadının bu addımı 10 il həbs edilməsinə gətirib çıxara bilər.

Uşaqlardan birinin yoxluğu barədə məlumatı polisə qadının yaxınlarından biri verib. Əkizlərin anası indiyə qədər məhbus həyatı yaşamayıb və təminatlı ailədəndir.

Polis rəfiqəyə verilmiş körpəni geri alaraq dövlət himayəsinə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti