...

Gözlərinizi kompüterin zərərlərindən qoruyun - 5 məsləhət

Maraqlı Materials 27 Yanvar 2015 17:28 (UTC +04:00)
ABŞ-ın göz xəstəlikləri üzrə mütəxəssisləri kompüter ekranına baxarkən gözlərin zərər görməməsi üçün aşağıdakılara riayət etməyi məsləhət görür:
Gözlərinizi kompüterin zərərlərindən qoruyun - 5 məsləhət

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Məftun Salmanov/

ABŞ-ın göz xəstəlikləri üzrə mütəxəssisləri kompüter ekranına baxarkən gözlərin zərər görməməsi üçün aşağıdakılara əməl etməyi məsləhət görür:

1. Gözlərinizi qırpın. Gözləri tez-tez qırpmaq onların qurumasının qarşısını alır.

2. Oxuduğunuz mətni böyüdün. Mətndə hərflərin böyüklüyü yorulmanı və başağrısını əngəlləyir.

3. 20 qaydasını tətbiq edin. 20 dəqiqə çalışdıqdan sonra 20 saniyəlik fasilə verin. Bu zaman 20 addım ataraq ətrafınızdakı əşyalara toxunun. Bununla da göz əzələlərinin hərəkət etməsinə imkan yaradılır.

4. Ağ kağıza baxın. Uzun müddət ekrana baxdıqdan sonra ağ kağıza baxmaqla gözlərinizə istirahət vermiş olursunuz.

5. Kompüteri düzgün yerdə yerləşdirin. Kompüter ekranını təxminən 1 metr uzağa yerləşdirin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti