...

Basdırılandan 5 gün sonra evə qayıtdı

Maraqlı Materials 28 Yanvar 2015 20:15 (UTC +04:00)
Onun basdırıldığı yerdən necə çıxdığı bilinmir.
Basdırılandan 5 gün sonra evə qayıtdı

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Məftun Salmanov/

ABŞ-ın Florida ştatında öldüyü hesab edilən pişik basdırıldıqdan beş gün sonra evə qayıdıb.

Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata əsasən, pişik avtomobil tərəfindən vurulduqdan sonra baytarın yanına aparılmışdı.

Lakin baytar onun öldüyünü açıqlayandan sonra pişik sahibi Ellis Huston tərəfindən basdırılıb. Beş gündən sonra isə E.Huston pişiyi evinin qarşısında tapıb.

Pişik çənəsi qırıq, sol gözü isə zərər görmüş vəziyyətdə aşkar edilib. Onun basdırıldığı yerdən necə çıxdığı bilinmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti