...

Heyvanlar canlı məxluqlar kimi tanındı

Maraqlı Materials 29 Yanvar 2015 15:27 (UTC +04:00)
Fransa parlamentinin qəbul etdiyi qanun layihəsində heyvanlar hiss etmək qabiliyyətinə malik canlı məxluqlar kimi tanınıb.
Heyvanlar canlı məxluqlar kimi tanındı

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Məftun Salmanov/

Fransa parlamentinin qəbul etdiyi qanun layihəsində heyvanlar hiss etmək qabiliyyətinə malik canlı məxluqlar kimi tanınıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, deputatlar müvafiq qanun layihəsini qəbul etmək üçün 1 ildən çox vaxt sərf ediblər.

Qeyd edək ki, 1804-cü ildə Napoleon I Bonapart dövründə qəbul edilən qanuna görə heyvanlar hüquqi baxımdan mülkiyyətdə saxlanıla bilən cansız əşyalara bərabər tutulurdu.

Qanun layihəsinin təşəbbüskarı Jan Qlavani deyib ki, qanun vəhşi heyvanlara şamil ediləcək.

Fransa Cinayət Məcəlləsinə əsasən, heyvanlarla kobud rəftara görə iki il həbs cəzası və 30 min avro həcmində cərimə nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti