...

Pişik qaçaqmalçılığı

Maraqlı Materials 30 Yanvar 2015 15:04 (UTC +04:00)
Polislər Çindən Vyetnam ərazisinə daxil olan yük maşınını saxlayıb axtarış apararkən təəccüblü mənzərə ilə qarşılaşıblar.
Pişik qaçaqmalçılığı

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Məftun Salmanov/

Polislər Çindən Vyetnam ərazisinə daxil olan yük maşınını saxlayıb axtarış apararkən təəccüblü mənzərə ilə qarşılaşıblar.

Trend-in "Radikal" qəzetinə istinadən verdiyi məlumata əsasən, yük maşınında ümumi ağırlığı 3 ton olan pişiklər tapılıb.

Maşının arxasında üst-üstə qoyulmuş pişiklər kəsilmək üçün Çindən Vyetnama aparılırmış.

Qeyd edək ki, bu iki ölkədə pişik və it əti istehlakı geniş yayılıb. Heyvan hüquqları təşkilatları Çin və Vyetnamda pişik və it əti ticarətini qınayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti