...

Virtual pul (FOTO)

Maraqlı Materials 9 Fevral 2015 16:32 (UTC +04:00)
15 il əvvəl öz milli valyutasından vaz keçərək ABŞ dollarından istifadə etməyə başlayan Ekvador bu dəfə virtual puldan yararlanacaq.
Virtual pul (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Məftun Salmanov/

15 il əvvəl öz milli valyutasından vaz keçərək ABŞ dollarından istifadə etməyə başlayan Ekvador bu dəfə virtual puldan yararlanacaq.

Trend-in Türkiyənin "Star" qəzetinə istinadən verdiyi məlumata əsasən, ötən ilin dekabr ayında təqdim edilən virtual pulla ticarət, hesab açmaq və alış-veriş etmək kimi əməliyyatları bu ay rəsmi olaraq həyata keçirmək mümkün olacaq.

Bununla da Ekvador dövlətin icazəsi ilə virtual puldan istifadəyə icazə verən ilk ölkə olacaq.

Ekvador Elektrik Pul Sistemi adlı virtual sistem dollar sistemi vasitəsilə həyata keçiriləcək.

Virtual pul sayəsində Ekvador hər il köhnələn dollarları dəyişdirmək üçün xərclədiyi 3 milyon dollara da qənaət edə biləcək.

Qeyd edək ki, İsveç kimi ölkələrdə də virtual puldan istifadə edilir. Lakin dövlət bu ölkələrdə virtual pullara dəstək vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti