...

Nəhəng balina sahilə çıxdı (FOTO)

Maraqlı Materials 12 Fevral 2015 20:44 (UTC +04:00)
12 metr uzunluğunda nəhəng balina Danimarka sahillərinə çıxıb.
Nəhəng balina sahilə çıxdı (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Məftun Salmanov/

12 metr uzunluğunda nəhəng balina Danimarka sahillərinə çıxıb. Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, balina sahildə ölü vəziyyətdə tapılıb.

Balina Ətraf Mühit və Təbiətin Mühafizəsi Təşkilatının mütəxəssisləri tərəfindən öyrəniləcək.

Turistlər nəhəng heyvanı görmək üçün sahilə axın etməyə başlayıblar. Lakin araşdırma aparıldığından onların dəniz heyvanına yaxınlaşmasına icazə verilməyib.

Araşdırma başa çatdıqdan sonra balina zooparkdakı heyvanlara yem ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti