...

"Google" "Fənərbağça" ilə bağlı səhvini düzəltdi (FOTO)

Maraqlı Materials 27 Fevral 2015 20:08 (UTC +04:00)
“Google” axtarış sistemi “Translate” bölməsində Türkiyənin “Fənərbağça” futbol klubu ilə bağlı səhvi düzəldib.
"Google" "Fənərbağça" ilə bağlı səhvini düzəltdi (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir Məftun Salmanov/

"Google" axtarış sistemi "Translate" bölməsində Türkiyənin "Fənərbağça" futbol klubu ilə bağlı səhvi düzəldib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, daha əvvəl Google-da tərcümə zamanı ingilis dilindəki ''Liverpool Football Club'', "Liverpool?" və "Liverpool fans" sözləri türk dilinə "Fenerbahçe" kimi tərcümə edilirdi.

Bu yanlışlıq geniş rezonans doğurduqdan sonra "Google" şirkəti səhvini düzəltmək qərarına gəlib. Artıq həmin sözlər türk dilinə düzgün tərcümə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti