...

Dünyanın ən yaşlı sakini ad gününü vaxtından əvvəl qeyd etdi (FOTO)

Maraqlı Materials 4 Mart 2015 17:05 (UTC +04:00)
Dünyanın qocaman sakini yaponiyalı Misao Okava 117 yaşını vaxtından əvvəl qeyd edib.
Dünyanın ən yaşlı sakini ad gününü vaxtından əvvəl qeyd etdi (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Dünyanın qocaman sakini yaponiyalı Misao Okava 117 yaşını vaxtından əvvəl qeyd edib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, o, 1898-ci il martın 5-də anadan olub. Bayram tədbirləri isə martın 4-də təşkil edilib. Qadının bu addımı atmasının səbəbi bilinmir. O, hazırda Osakada qocalar evində yaşayır.

1919-cu ildə ailə həyatı quran qadının 3 uşağı olub. Hazırda onun 4 nəvə və 6 nəticəsi var.

M.Okava 2013-cü ildə Ginnesin Rekordlar Kitabının nümayəndələri tərəfindən dünyanın ən yaşlı sakini kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti