...

"Samsung"dan itlər üçün əsl villa (FOTO) (VİDEO)

Maraqlı Materials 5 Mart 2015 22:30 (UTC +04:00)
“Samsung Electronics” itlər üçün “arzular evi”ni təqdim edib.
"Samsung"dan itlər üçün əsl villa (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

"Samsung Electronics" itlər üçün "arzular evi"ni təqdim edib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, dəyəri 30,6 min dollar olan it damı martın 5-8-də keçiriləcək "Crufts dog show"sunda təqdim ediləcək.

Dam açıq satışa çıxarılmayacaq, şirkətin sosial şəbəkələrdəki səhifələrində keçirilən müsabiqədə mükafat qismində veriləcək.

"Samsung"un mütəxəssisləri it damını hazırlamaq üçün 6 həftə çalışıblar. Onlar itlər üçün ideal evi müəyyənləşdirmək üçün 1500 it sahibinin iştirak etdiyi araşdırma aparıblar.

İt damı iki məkandan ibarətdir: istirahət və əyləncə. "Arzular evi"ndə, süni ot örtüyü, trenajor, hidromasaj vannası, qapı zəngi (it hürüşü) də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti