...

Ölüləri məzardan çıxarıb yeni paltar geyindirirlər (FOTO 18+)

Maraqlı Materials 6 Mart 2015 22:00 (UTC +04:00)
İndoneziyanın cənubunda “Manene” adlı adət çoxları üçün qorxulu kinoları xatırladır.
Ölüləri məzardan çıxarıb yeni paltar geyindirirlər (FOTO 18+)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Məftun Salmanov/

İndoneziyanın cənubunda "Manene" adlı adət çoxları üçün qorxulu kinoları xatırladır.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, cənub bölgəsində yaşayan əhali hər üç ildən bir ölülərinə olan ehtiramlarını nümayiş etdirmək məqsədilə onların məzarlarını açırlar.

Açılan məzarlardan çıxarılan meyitlərin üzərindəki geyimlər təmizlənir və ehtiyac olarsa, yeniləri geyindirilir.

Ailə üzvləri ölmüş qohumlarının məzarlarını tək-tək açaraq cəsədləri çıxarırlar. Sonra isə ölülərini yeni paltarlarla qəsəbənin ətrafında "gəzdirir" və yenidən məzarlara qaytarırlar.

Yerli sakinlər ölənlərin hələ də onlarla birlikdə olduğuna inanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti