...

Yaponiyada eynicinsli cütlüklərin statusu artırıldı

Maraqlı Materials 31 Mart 2015 14:31 (UTC +04:00)
Yaponiyanın Sibuya rayonunun qanunverici assambleyası eynicinsli cütlüklərin statusunu ər-arvad statusu ilə eyniləşdirən qərar qəbul edib.
Yaponiyada eynicinsli cütlüklərin statusu artırıldı

Azərbaycan, Bakı, 31 mart /Trend/

Yaponiyanın Sibuya rayonunun qanunverici assambleyası eynicinsli cütlüklərin statusunu ər-arvad statusu ilə eyniləşdirən qərar qəbul edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, eynicinsli cütlüklər ailə münasibətlərində olduqları ilə bağlı şəhadətnamə ala bilərlər.

Bu şəhadətnaməni tanımayan şirkətlər cərimələnəcək.

Bununla belə, sənəd nikah müqaviləsinin analoqu olsa da, hüquqi qüvvəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti