...

"Selfi" çəkdirmək üçün xüsusi tufli (FOTO) (VİDEO)

Maraqlı Materials 31 Mart 2015 22:50 (UTC +04:00)
ABŞ-ın “Miz Mooz” şirkəti "selfi" çəkilişləri üçün qadın tufliləri təqdim edib.
"Selfi" çəkdirmək üçün xüsusi tufli (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 31 mart /Trend/

ABŞ-ın "Miz Mooz" şirkəti "selfi" çəkilişləri üçün qadın tufliləri təqdim edib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, "Selfie Shoes" adlanan ayaqqabılar firmanın onlayn mağazasında satılacaq.

Tuflilər aprelin 2-dən etibarən 199 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

Tuflinin forması onların ön hissəsinə mobil telefonu yerləşdirməyə imkan verir. Tufli sahibi ayağını qaldırmaqla barmağı ilə ayaqqabının içindəki xüsusi klavişə basaraq "selfi" çəkdirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti