...

Everestdə ilk fırıldaq

Maraqlı Materials 22 Aprel 2015 21:45 (UTC +04:00)
Everestdə bəlkə də tarixində ilk dəfə şerpa xarici alpinistləri aldadıb.
Everestdə ilk fırıldaq

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Everestdə bəlkə də tarixində ilk dəfə şerpa xarici alpinistləri aldadıb.

Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, səkkiz yunan və bir hindistanlı alpinistdən ibarət komanda 2015-ci ilin yaz sezonunda Everestə qalxmağı planlaşdırırdı. Bunun üçün onlar yerli Nepal turoperatoru olan "Himalayan Adventure Treks and Expeditions" şirkətini seçiblər. Həmin şirkətin rəhbərlərindən biri Çerinq Dorci Şerpa idi.

Alpinistlərin Çerinqin hesabına köçürdükləri pulun ümumi məbləği 120 000 000 Nepal rupiyası (və ya 1 200 000 ABŞ dolları) təşkil edirdi.

Əslində, qrupun 9 nəfərdən ibarət olduğunu nəzərə alsaq, milyon dollar məbləği bir qədər şişirdilmiş kimi görsənir, lakin bu barədə məlumat mənbəsi olan "The Himalayan" qəzeti bildirir. Belə ki, alpinistlərin turizm şirkətinin maksimum təklifini ödədikləri halda belə (şəxsi ləvazimatın alınması və ya kirayə götürülməsi daxil) paket adambaşı 80 000 dollar təşkil edir. Qrup üçün bu məbləğ 700 000 dolları aşmamalıdır, bu isə xəbərdə təqdim edilən məbləğdən iki dəfə azdır.

Alpinistlərin dediklərinə görə onlar Everestdə 50 günlük ekspedisiyanın təşkili və həyata keçirilməsi üçün ümümi məbləği keçiriblər. Bu pullar Çerinq Dorci Şerpanın hesabına çatan kimi, o, yxa çıxıb.

Nepal polisi hadisə ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirib, Çerinqin və oğurlanan pulların yerini təyin etməyə çalışır.

Lakin istənilən halda doqquz alpinist üçün Evererstdə 2015-ci ilin sezonu başlamamış sona çatdı...

Xəbər lenti

Xəbər lenti