...

"Facebook" daxil olan zənglərin sahibini müəyyənləşdirən yeni tətbiqetmə yaradıb

Maraqlı Materials 24 Aprel 2015 11:59 (UTC +04:00)
"Facebook" şirkəti telefona daxil olan zənglərin kim tərəfindən edildiyini müəyyən edən tətbiqetmə yaradıb.
"Facebook" daxil olan zənglərin sahibini müəyyənləşdirən yeni tətbiqetmə yaradıb

Azərbaycan, Bakı, 24 aprel /Trend/

"Facebook" şirkəti telefona daxil olan zənglərin kim tərəfindən edildiyini müəyyən edən tətbiqetmə yaradıb.

Trend-in NBC-yə istinadən verdiyi məlumata görə, "Hello" adlanan tətbiqəetmə artıq ABŞ-da bazara çıxarılıb. Qeyd olunur ki, smartfonlara yüklənilən bu tətbiqetmə telefon sahibinin xoşagəlməz zənglərdən uzaq olmasına imkan yaradır.

Əgər müvafiq nömrə smartfonun yaddaşına düşürsə, "Hello" tətbiqetməsi zəng edən həmin nömrə sahibinin sosial şəbəkələrdəki ünvanını da müəyyən edib göstərir.

Hazırda tətbiqetmə ABŞ-ın müxtəlif şəhərlərində könüllülərə təklif olunur. Əgər "Hello" effektini göstərərsə və istehlakçıların rəyləri müsbət olarsa, bu, digər ölkələrdə də yayıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti