...

Şifahi nitqi mətnə çevirən sistem - Yükləyin

Maraqlı Materials 30 Aprel 2015 18:29 (UTC +04:00)
Şifahi nitqi mətnə çevirən sistemin yeni versiyası hazırlanıb.
Şifahi nitqi mətnə çevirən sistem - Yükləyin

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Dilmanc" layihəsi şifahi nitqi mətnə çevirən "Dilmanc İmla" sisteminin yeni versiyasını istifadəyə verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əvvəlki versiyadan fərqli olaraq proqramın yeni versiyası daha keyfiyyətlidir və bu versiya smartfon tipli mobil telefonu mikrofon kimi istifadə etməyə imkan yaradır.

Proqramın istifadə qaydası çox sadədir. Belə ki, həm kompüterə, həm də telefona "Dilmanc İmla" proqramı yükləndikdən sonra kompüterə yazılmış proqramın təklif etdiyi birləşmə kodu telefona daxil edilərək kompüter və telefon arasında internet üzərindən əlaqə yaradılır. Bundan sonra telefon mikrofon kimi istifadə edilə bilər. Kursoru kompüterdə mətn yazmaq üçün nəzərdə tutulan hər hansı pəncərəyə (məsələn, Microsoft Word və ya istənilən mətn prosessorunun pəncərəsi) qoymaqla işə başlamaq olar. Telefona deyilən imla avtomatik olaraq mətnə çevrilərək kompüterə yazılır. "Dilmanc" tərəfindən yaradılmış digər proqramlar kimi bu proqram da ödənişsiz yayılır və layihənin saytından köçürülə bilər.

Xatırladaq ki, "Dilmanc" layihəsinin elmi rəhbəri rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti