...

Bir ailənin okeanda yaratdığı "Azadlıq buxtası" (FOTO)

Maraqlı Materials 5 May 2015 23:18 (UTC +04:00)
Kanadadan olan Ueyn Adams və Ketrin Kinq cütlüyü Britaniya Kolumbiyası əyalətində Tofino şəhərindən yarım saatlıq məsafədə özləri üçün kiçik süni ada yaradıblar.
Bir ailənin okeanda yaratdığı "Azadlıq buxtası" (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İlkin İzzət/

Kanadadan olan Ueyn Adams və Ketrin Kinq cütlüyü Britaniya Kolumbiyası əyalətində Tofino şəhərindən yarım saatlıq məsafədə özləri üçün kiçik süni ada yaradıblar.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ailənin evi və ferması bu adadadır. Ada "Azadlıq buxtası" adlanır və ekoloji cəhətdən təmiz ərazidə yerləşir.

Ada və oradakı tikililər işlənmiş materiallardan hazırlanıb. Adadakı 12 üzən platforma bir-biri ilə ağac və dəmir körpülərlə birləşdirilib. Adanın sahibləri və onların uşaqları buradakı müxtəlif bitkilər yetişdirilən istixanaların hesabına dolanır, elektrik enerjisini günəş batareyalarından alır, suyu isə yaxındakı bulaqdan götürürlər.

İnşasına 20 ilə yaxın vaxt sərf olunan "Azadlıq buxtası" indi yerli turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti