...

Müəllim şagirdlərin gözü qarşısında siçanı yedi

Maraqlı Materials 20 May 2015 22:21 (UTC +04:00)
Cənubi Koreyada internat məktəbinin müəllimi şagirdlərin gözü qarşısında dağsiçanını öldürərək yeyib.
Müəllim şagirdlərin gözü qarşısında siçanı yedi

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İlhamə İsabalayeva/

Cənubi Koreyada internat məktəbinin müəllimi şagirdlərin gözü qarşısında dağsiçanını öldürərək yeyib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, adı açıqlanmayan 44 yaşlı kişi müəllim şagirdlərinə həyatın dəyərini başa salmaq üçün belə addım atdığını bildirib.

Müəllim bu qərara bəzi uşaqların heyvanları incitdiyini bildikdən sonra gəlib.

"The Korea Times"ın məlumatına əsasən, həmin vaxt dərsdə iştirak edən şagirdlərin valideynləri müəllimdən polisə şikayət ediblər. Onun barəsində uşaqlara qarşı sərt davranışa görə iş qaldırılıb.

Müəllim öz həmkarlarından, uşaqlardan və onların valideynlərindən hadisəyə görə üzr istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti