...

Ən çox pərəstiş edilən ayaqlar (SİYAHI)

Maraqlı Materials 21 May 2015 00:32 (UTC +04:00)
Hollivud aktrisası Merilin Monro tarixdə ən çox pərəstiş edilən ayaqların sahibi kimi tanınıb.
Ən çox pərəstiş edilən ayaqlar (SİYAHI)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İlhamə İsabalayeva/

Hollivud aktrisası Merilin Monro tarixdə ən çox pərəstiş edilən ayaqların sahibi kimi tanınıb.

Trend xarici mətbuata istinadən bildirir ki, keçirilmiş sorğunun nəticələrinə görə, reytinqdə ikinci yer müğənni Kayli Minouq, 3-cü yeri 1960-cı illərin top modeli Tviqqi tutub.

Ən çox sitayiş olunan ayaqların reytinqdə aşağıdakı qaydada yerləşdirilib:

1. Merilin Monro, aktrisa (47 faiz səs)
2. Kayli Minouq, müğənni (22 faiz)
3. Tviqqi, model (17 faiz)
4. Tina Törner, müğənni (16 faiz)
5. Cerri Holliuell, müğənni (15 faiz)
6. Betti Qreybl, aktrisa və müğənni (7,8 faiz)
7. Keyt Middlton, Kembric hersoginyası (7, 4 faiz)
8. Ancelina Coli, aktrisa (7,2 faiz)
9. Viktoriya Pendlton, idmançı (6,5 faiz)
10. Odri Hepbörn, aktrisa (4,9 faiz)

Tədqiqatda yaşı 16-dan 55-ə kimi olan mindən çox qadın iştirak edib.

Ulduzların cazibədarlığının oxşar reytinqləri daim tərtib edilir. 2015-ci ilin aprelində Amerikanın FHM jurnalı aktrisa Mişel Kiqanı "dünyanın ən seksual qadını" adlandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti