...

Eyfel qülləsi bağlanıb

Maraqlı Materials 22 May 2015 17:07 (UTC +04:00)
Bu gün Eyfel qülləsi işçi heyətinin etiraz aksiyası keçirməsi səbəbindən ziyarətçilərin üzünə bağlanıb.
Eyfel qülləsi bağlanıb

Azərbaycan, Bakı, 22 may /Trend/

Bu gün Eyfel qülləsi işçi heyətinin etiraz aksiyası keçirməsi səbəbindən ziyarətçilərin üzünə bağlanıb. Etiraza səbəb ölkənin ən görməli yerinin yaxınlığında cibgirlərin sayının artmasıdır. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Etirazçılardan biri "Frans Press" agentliyinə müsahibəsində deyib: "Cibgirlər 4-5 nəfərdən ibarət dəstə təşkil edirlər. Hərdən onların sayı 30-a çatır".

Əməkdaşların əsas tələbi "hər gün çoxsaylı turistin qurbanı olduğu bu müsibətə son qoymaq üçün uzunmüddətli və effektiv tədbirlərin qəbul edilməsi ilə bağlı rəhbərlikdən rəsmi zəmanət" almaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti