...

Oranqutanqlar da "selfi" çəkməyi öyrəndilər (VİDEO)

Maraqlı Materials 25 May 2015 23:22 (UTC +04:00)
Britaniyanın Blekpul (Lankaşir qraflığı) şəhərinin zooparkının iki oranqutanqı videokameradan istifadə etməyi və "selfi" çəkməyi öyrəniblər.
Oranqutanqlar da "selfi" çəkməyi öyrəndilər (VİDEO)

Azərbaycan, Bakı, 25 may /Trend/

Britaniyanın Blekpul (Lankaşir qraflığı) şəhərinin zooparkının iki oranqutanqı videokameradan istifadə etməyi və "selfi" çəkməyi öyrəniblər. Trend-in məlumatına görə, bu barədə heyvanat parkının saytında bildirilir.

Qeyd olunur ki, heyvanlar "ORANGSELFIE" aksiyası çərçivəsində kameranı alaraq, heyvanat parkının ziyarətçilərinə birgə şəkil çəkməyi təklif edirlər.

Kamera işə düşdükdən sonra Sammer və Çerri oranqutanqları təxminən iki dəqiqə ərzində video çəkiblər. Videoda yazılanlardan görünür ki, Çerri obyektivi bir neçə dəfə özünə doğru yönəldib və poza alıb.

Zooparkın əməkdaşları bildiriblər ki, kameranı meymunlardan onlara yalnız banan təklif etdikdən sonra geri almaq mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti