...

Maykl Ceksonun malikanəsi 100 milyon dollara satılır

Maraqlı Materials 29 May 2015 23:18 (UTC +04:00)
"Sotheby's International Realty" agentliyi dünya pop musiqisinin kralı Maykl Ceksona məxsus malikanəni 100 milyon dollara satışa çıxarıb.
Maykl Ceksonun malikanəsi 100 milyon dollara satılır

Azərbaycan, Bakı, 29 may /Trend/

"Sotheby's International Realty" agentliyi dünya pop musiqisinin kralı Maykl Ceksona məxsus malikanəni 100 milyon dollara satışa çıxarıb.

Trend xarici mətbuata istinadən məlumat verir ki, Santa-Barbaradan (Kaliforniya ştatı) 40 kilometr məsafədə yerləşən malikanə özündə böyük bir ərazidə yerləşən 22 tikilini birləşdirir.

Malikanənin ərazisinə iki göl, dəmiryol vağzalı, keçid yolu, hovuz, basketbol meydançası və tennis kortu üçün zona da daxildir.

Heyvanat parkı və atraksionu ilə məşhur olan malikanədə həmin ərazilər satılmayacaq. Malikanənin yeni sahibi evi yalnız 1 neçə lama və 50 yerlik kinoteatrla birgə əldə edəcək.

Qeyd edək ki, M.Cekson bu malikanəni 1987-ci ildə 19,5 milyon dollara almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti