...

ABŞ-ın ən savadlı yeniyetmələri

Maraqlı Materials 30 May 2015 03:43 (UTC +04:00)
ABŞ-da keçirilən illik “Speelling Bee” savadlılıq müsabiqəsinin qalibləri müəyyənləşib.
ABŞ-ın ən savadlı yeniyetmələri

Azərbaycan, Bakı, 30 may /Trend/

ABŞ-da keçirilən illik "Speelling Bee" savadlılıq müsabiqəsinin qalibləri müəyyənləşib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Vaşinqtonda baş tutmuş müsabiqədə ardıcıl səkkizinci dəfə Hindistan əsilli yeniyetmələr olub.

14 yaşlı Gokul Venkataçalam və 13 yaşlı Vaniya Şivaşankar 35 min dollar həcmində mükafat qazanıblar. Yeniyetmələr müvafiq olaraq Missuri və Kanzas ştatlarını təmsil ediblər.

Finalda onlar təqribən 25 min çətin sözü hərflər üzrə düzgün tələffüz edə biliblər. Vaniya üçün bu baxımdan son söz "scherenschnitte (qara kağızdan hazırlanmış siluet), Gokul üçün isə "nunatak" (hər tərəfi buzla əhatə olunmuş dağ) olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti