...

Kanadada marixuananın satışına icazə verildi

Maraqlı Materials 26 İyun 2015 05:52 (UTC +04:00)
Vankuver Şəhər Şurası tibbi məqsədlər üçün marixuananın satışının tənzimlənməsi və mağazalara lisenziyaların verilməsi haqqında qərar qəbul edib.
Kanadada marixuananın satışına icazə verildi

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Vankuver Şəhər Şurası tibbi məqsədlər üçün marixuananın satışının tənzimlənməsi və mağazalara lisenziyaların verilməsi haqqında qərar qəbul edib. Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə "CBS" telekanalı xəbər yayıb.

Bu ideyanı mer Qreqor Robertson da dəstəkləyib. Beləliklə, Vankuver Kanadada xüsusi ticarət mərkəzlərində yüngül narkotik satışının qanuniləşdirildiyi ilk şəhər olacaq.

Yaxın zamanda 100-ə yaxın mağazanın marixuana satışı ilə bağlı lisenziya alacağı gözlənilir. Lisenziyanın illik qiyməti 30 min Kanada dolları (24 min dollar) olacaq.

Şəhər Şurası bu mağazaların məktəb və ictimai yerlərdən minimum 300 metr məsafədə yerləşməsinə qərar verib.

Kanadanın səhiyyə naziri bu qərara qarşı çıxıb. Nazir bildirib ki, belə bir qərar marixuanadan istifadəni və narkotik maddələrdən asılılığı artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti