...

Günəşdə növbəti güclü partlayış: təsiri həftəsonu bilinəcək

Maraqlı Materials 26 İyun 2015 23:38 (UTC +04:00)
Ötən gün axşam Günəşdə M7.9. səviyyəli növbəti güclü partlayış baş verib.
Günəşdə növbəti güclü partlayış: təsiri həftəsonu bilinəcək

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Ötən gün axşam Günəşdə M7.9. səviyyəli növbəti güclü partlayış baş verib. Partlayışın təsiri həftəsonu Yerə çatacaq və 27-28 iyunda silsilə maqnit qasırğalarına səbəb olacaq.

Trend xəbər verir ki, bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb.

SDO orbital rəsədxanası ötən gün Moskva vaxtı ilə saat 03:00-da Günəşdə yeni partlayışın başladığını qeydə alıb. Partlayışın gücü M7.9. səviyyəsində müəyyənləşdirilib.

Bir neçə gündən sonra Yerdə zəif, ancaq hiss edilə bilən geomaqnit qasırğası başlayacaq.

Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq 5 sinfə bölünür: A, B, C, M və X. Yer orbitində bir kvadratmetr sahəyə düşən 10 nanovat şüalanma gücü minimal A0.0. səviyyəsinə uyğun gəlir. Növbəti sinfə keçiddə şüalanma gücü 10 dəfə artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti