...

"Əjdaha caynaq"lı fil toyuqlar (FOTO)

Maraqlı Materials 30 İyun 2015 00:45 (UTC +04:00)
Əti çox dadlı olan bu toyuqlar həm də “əjdaha caynaqları” ilə məşhurdur.
"Əjdaha caynaq"lı fil toyuqlar (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlkin İzzət/

"Donq tau" - Vyetnam toyuq cinsidir. Bu quşlara çox nadir hallarda rast gəlinir. Əti çox dadlı olan bu toyuqlar həm də "əjdaha caynaqları" ilə məşhurdur.

Trend xəbər verir ki, "donq tau" toyuqları Hanoydan 30 km aralı kiçik icmada endemik, yəni bu yerə xas olan quşlar sayılırlar. Yəni onlar dünyanın başqa heç bir yerində bəslənmirlər. Vaxtilə bu toyuqlar Vyetnam Kral sarayının eksklüziv qidası hesab olunurmuş.

Bu cins toyuqların böyüklərinin çəkisi 6 kq-dək olur. Digər toyuqlardan iriliyinə görə çox fərqləndiyindən onlara həm də "fil toyuqlar" deyirlər.

Bu quşlar qıt olduğundan onlara böyük tələbat var. Məhz bu səbəbdən cüt "fil toyuqlar"ın qiyməti 2500 ABŞ dollarınadək çata bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti