...

Danimarkada qonaqlara sidik pivəsi içirdəcəklər

Maraqlı Materials 11 İyul 2015 23:31 (UTC +04:00)
Danimarkada musiqi festivalının qonaqlarına onların öz sidiklərindən hazırlanmış pivə içirdəcəklər.
Danimarkada qonaqlara sidik pivəsi içirdəcəklər

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/

Danimarkada musiqi festivalının qonaqlarına onların öz sidiklərindən hazırlanmış pivə içirdəcəklər.

Trend xəbər verir ki, festivalın təşkilatçıları bu layihənin həyata keçirilməsində 100 min adamın köməyinə ümid edirlər. Belə ki, bu qədər insanın olması 25 min litr "təbii pivə" bişirilməsinə kifayət edəcək.

Yığılan sidik pivə bişirilməsində arpanın qıcqırdılması prosesində gübrə kimi istifadə olunacaq.

Təşkilatçılar layihəni "From P*ss to Pilsner" ("Sidikdən pivəyə") adlandırıblar.

Roskill şəhərində keçirilən ənənəvi musiqi festivalının qonaqları xüsusi danimarka resepti ilə hazırlanmış bu pivəni 2017-ci ildə dadacaqlar.

Qeyd olunur ki, bu təşəbbüs ətraf mühitə müsbət təsir göstərilməsi, həmçinin təbii tullantıların yığımı və utilizasiyasına yanaşmanı dəyişmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti