...

Selfi çəkmək həm də təhlükəli imiş (FOTO)

Maraqlı Materials 11 İyul 2015 22:43 (UTC +04:00)
Rusiyada selfi çəkənlər üçün yaddaş kitabçası hazırlanıb.
Selfi çəkmək həm də təhlükəli imiş (FOTO)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/

Rusiyada selfi çəkənlər üçün yaddaş kitabçası hazırlanıb.

Trend xəbər verir ki, yeniyetmələr və gənclər arasında selfi çəkməyin həddən artıq populyarlıq qazanması Rusiya Daxili İşlər Nazirliyini bununla bağlı xüsusi yaddaş kitabçası hazırlamağa məcbur edib.

Kitabçada bəzi vəziyyətlərdə insanların öz şəkillərini çəkməsinin nə qədər təhlükəli olduğu barədə xəbərdarlıq edilir.

Yaddaş kitabçasında izahlı piktoqramlar yer alıb. Kitabçada selfi həvəskarlarının nəinki sağlamlığı, hətta həyatı üçün təhlükə törədən hadisələr nümunə göstərilir. Məsələn, nümunələrdə selfinin sükan arxasında, suda, binaların damında, yolda, dəmirolyunda, silahla və s. çəkilməsi məsələləri yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti