...

Roma Papasının sürücüsündən kreativ selfi (VİDEO)

Maraqlı Materials 15 İyul 2015 19:09 (UTC +04:00)
Roma Papasının sürücüsü Sebastian Qonsales Katolik kilsəsinin başçısı ilə selfi çəkdirib və onu Twitter-dəki səhifəsinə yerləşdirib.
Roma Papasının sürücüsündən kreativ selfi (VİDEO)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Roma Papasının sürücüsü Sebastian Qonsales Katolik kilsəsinin başçısı ilə selfi çəkdirib və onu Twitter-dəki səhifəsinə yerləşdirib.

Trend "Gazeta"ya istinadən məlumat verir ki, kadrdakı kişi Papanın səfərdə olduğu Paraqvayın Asunson şəhərində "papamobil"in sükanı arxasındadır.

Pontifik fotoda mühafizəçiləri və müxbirlərlə birgə arxa plandadır - onları maşının arxa şüşəsindən görmək olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti