...

10 faydalı məsləhət

Maraqlı Materials 26 İyul 2015 01:43 (UTC +04:00)
Bu məsləhətlərə riayət etsəniz, rahat həyat yaşayacaqsınız.
10 faydalı məsləhət

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Bu məsləhətlərə riayət etsəniz, rahat həyat yaşayacaqsınız.

1. Acı yeməkdən sonra ağzınızda acı tam qalıbsa, su içmək əvəzinə, çörəyin içini və ya şirin bir şey yeyin.

2. Əhvalınız pozulanda açıq havada yürüşə çıxın. Beyniniz sakitləşəcək.

3. Yata bilmirsiniz? Bədəndəki melatoninin səviyyəsini yüksəltməyə kömək edən gilənar yuxusuzluğun ən gözəl çarəsidir.

4. Yeməzdən əvvəl dişlərinizi fırçalasanız, az yeyə və çəkinizi daha tez azalda bilərsiniz.

5. 3 dəqiqə soyuq duş qəbul etmək 40 kalorini əridir.

6. Dezodorantı gecə vursanız, gün ərzində daha az tərləyərsiniz.

7. Saxsı qablardakı çiçəklər böcəklərə görə quruyursa, siqaretin külünü bitkinin dibinə tökün. Kül böcəkləri zəhərləyəcək.

8. Yumurtanı qaynadarkən qabıqlarının çatlamasını istəmirsinizsə, qaynayan suya yanmış kibrit atın.

9. Hıçqırıq tutanda nəfəsinizi 15 saniyə saxladıqdan sonra 3 dəfə udqunun. Qısa müddətə hıçqırığınız kəsiləcək.

10. "Google Chrome"da "ctrl+shift+n" kombinasiyasını yığsanız gizli rejimə keçəcəksiniz. Bu pəncərədə açdığınız səhifələr arxiv yaddaşında görünməyəcək.

Xəbər lenti

Xəbər lenti