...

BMT: Əsrin sonunadək Yer kürəsinin əhalisinin sayı 11 milyardı keçəcək

Maraqlı Materials 30 İyul 2015 05:05 (UTC +04:00)
BMT-nin Demoqrafiya məruzəsində deyilir ki, Yer kürəsinin əhalisinin sayı əsrin sonunadək 11,2 milyarda çatacaq.
BMT: Əsrin sonunadək Yer kürəsinin əhalisinin sayı 11 milyardı keçəcək

Azərbaycan, Bakı, 30 iyul /Trend/

BMT-nin Demoqrafiya məruzəsində deyilir ki, Yer kürəsinin əhalisinin sayı əsrin sonunadək 11,2 milyarda çatacaq. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Məruzədə qeyd olunur ki, 2030-cu ildə bu göstərici 8,5, 2050-ci ildə isə 9,7 milyard təşkil edəcək.

Ekspertlərin hesablamalarına əsasən, 2022-ci ildə əhalinin sayına görə Hindistan Çini keçəcək. Nigeriya isə 2050-ci ildə ABŞ-ı keçərək, dünyada əhalisinin sayına görə 3-cü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti