...

“Google” ildırım vurması nəticəsində istifadəçi məlumatlarını itirdi

Maraqlı Materials 20 Avqust 2015 10:04 (UTC +04:00)
“Google”-un Belçikadakı məlumat emalı mərkəzlərindən birini dörd dəfə ildırım vurub. Nəticədə istifadəçi məlumatları qismən silinib.
“Google” ildırım vurması nəticəsində istifadəçi məlumatlarını itirdi

Azərbaycan, Bakı, 20 avqust /Trend/

"Google"-un Belçikadakı məlumat emalı mərkəzlərindən birini dörd dəfə ildırım vurub. Nəticədə istifadəçi məlumatları qismən silinib. Trend-in Lenta.ru saytına istinadən verdiyi məlumata əsasən, bu barədə "BBC News" xəbər yayıb.

Avqustun 13-də başlayan ildırım "Google Compute Engine" servisinin işinə təsir göstərib. Nəticədə bəzi istifadəçilər öz fayllarını itirib. Sonradan bəzi məlumatları xilas etmək mükün olub. Nasazlığın aradan qaldırılması üçün şirkətə dörd gün lazım olacaq.

Saxlanılan məlumatın təqribən 0,000001 faizinin silindiyi "Google" tərəfindən təsdiqlənib.

Şirkətdən həmçinin bildirilib ki, gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi texnoloji tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti